Ermənistan Azərbaycanın Naxçıvana yol açmasına icazə verə bilər
Ermənistanın baş naziri Nikol Paşinyan MDB tərəfdaşlarına bildirib ki, bütün növ nəqliyyat kommunikasiyalarının açılması üçün üçtərəfli işçi qrupu çərçivəsində işlər aparılır.

Nikol Paşinyan yaxın gələcəkdə konkret nəticələrin əldə olunacağına ümid etdiyini bildirib - Ermənistan avtomobil və dəmir yolu ilə Rusiyaya, dəmir yolu ilə - İrana birləşəcək və Azərbaycan Naxçıvan üzərindən Ermənistan ərazisindən keçməklə dəmiryol nəqliyyatı həyata keçirə biləcək.

Naxçıvan Muxtar Respublikası, Azərbaycan dövlətinin ölkənin qalan hissəsindən təcrid olunmuş və Ermənistanın cənub-qərb hissəsində yerləşən siyasi-inzibati vahididir.

İndiyə qədər Azərbaycan Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqə başqa ölkələrdən keçib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google