Marneuli kəndlərində infrastruktur problemləri yenidən aktualdır.
İnqa Kveladzenin ailəsi Saimerloda, Zaza Boçoidze küçəsində sonuncu
evdə yaşayır.
O, bildirdi ki, illərdir yola asflat qatının çəkilməsini tələb
edirlər. Yerli özünüidarəyə dəfələrlə ərizə ilə müraciət ediblər,
ancaq nəticə olmayıb.
“Bu məhlədə ən sonuncu evdə biz yaşayırıq. O zaman
mənim və ailəmin imkanı çox deyildi və öz vəsaitimizlə evə qədər
təbii qaz boruları, içməli su borusu çəkdirdik. İllərdir yerli
özünüidarədən yola asfalt qatı tökülməsini tələb edirik, ərizə də
yazmışıq. Ancaq yenə də palçıqda yaşayırıq. Sonuncu dəfə yoldaşımla
mən Amiran Qiorqadzenin yanına getmişdik. Bizə dedi ki, mütləq
düzəldəcəyik. Ərizə də yazıb qoyduq. İndiyə qədər gözləyirdik,
ancaq nəticəsiz. Asfalt qatı çəkəndə bizim evə qədər çəkmədilər.
Buraya qədər bir neçə metr məsafə qalmışdı. Hər yağış yağanda
gölməçələr yaranır, uşaq məktəbə gedəndə həmişə palçığa batır. Bu
yoldan bütün kənd istifadə edir və hamıya lazımdır. Evin qarşısında
kanal yoxdur, əvvəl dedilər öz xərcinizlə düzədlin. Evə qədər qazı
da, yolu da, içməli su borularını da mən çəkdirəcəyəmsə hökumət
nəyimə lazımdır”, – Kveladze bildirdi.
Problem barədə Marneuli meriyasında da məlumatları var. Bizə
bildirdilər ki, Kveladzelər ailəsi meriyaya məktub yazmlaıdır ki,
2022-ci ilin büdcəsinə məsələni nəzərə alsınlar.
“Qeyd olunan küçəyə asflat çəkiləndə, yol həmin sakinin
evinə qədər getmirdi. Yəqin layihədə nəzərdə tutulayıbmış. Ərizə
yazsınlar, biz 2022-ci ilin büdcəsində nəzərə
alarıq”, – Meriyadan bildirdilər.
Marneuli meriyası bu il Saimerlo və Araflı kəndində daxili yolların
çəkilməsinə 1 432 394 lari xərcləyib. Buna baxmayaraq Kveladzelər
ailəsi yenə də yolsuz qalıb.