Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin üçtərəfli iclası keçiriləcək
Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Azərbaycan-Gürcüstan
parlamentlərinin xarici əlaqələr komissiyalarının IV üçtərəfli
iclası keçiriləcək.
Bu barədə TBMM-in mətbuat xidməti məlumat yayıb.
Məlmata görə, iclas 18-19 oktyabr tarixlərində baş tutacaq.
Proqrama əsasən, heyətlər TBMM-də 15 iyul 2016-cı il tarixində
çevriliş cəhdi zamanı "Şərəf" zalında zərər görən ərazini ziyarət
edəcək.
İclas çərçivəsində oktyabrın 19-da Türkiyə, Azərbaycan ve Gürcüstan
parlamentlərinin Xarici əlaqələr komissiyaları birgə mətbuat
konfransı da nəzərdə tutulur.
Bu məqsədlə Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və
Parlamentlərarası Əlaqələr Komitəsi ilə Gürcüstan Parlamentinin
Xarici Əlaqələr Komitəsinin nümayəndələri oktyabrın 18-də Ankaraya
səfər edəcəklər.