Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi
Lazar Komanesku bu gün Gürcüstana səfər edəcək.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Oktyabrın 19-dək davam edəcək səfər çərçivəsində L.Komanesku
Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David
Zalkaliani ilə görüşəcək. Tərəflər Qara dəniz hövzəsində iqtisadi
əməkdaşlığın perspektivləri, həmçinin bölgədə təhlükəsizliklə bağlı
vəziyyəti müzakirə edəcəklər.
Baş katib Gürcüstan parlamentinin Mədəniyyət Komitəsinin rəhbəri
Eliso Bolkvadze ilə də görüşəcək.
Qeyd edək ki, Gürcüstan bu ilin iyulun 1-dən dekabrın 31-dək
QDİƏT-ə sədrlik edir.
Mənbə: report.az