Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci
mərhələsi oktyabrın 30-da keçiriləcək.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi
Natia İoseliani brifinqdə deyib.
Onun sözlərinə görə, ikinci tur Tbilisi də daxil olmaqla 20 şəhər
və 42 yerli majoritar dairədə təşkil olunacaq.
N.İoseliani qeyd edib ki, ikinci mərhələnin təyin olunması ilə
bağlı müvafiq qərar MSK-nın bugünkü iclasında qəbul ediləcək.
Qeyd edək ki, seçkilərin birinci mərhələsi oktyabrın 2-də baş
tutub.
Mənbə: report.az