“Gürcüstanda koronavirusa yoluxma sayı ciddi şəkildə
artıb və bu, beşinci dalğanın başlanğıcıdır”.
Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, son həftə ərzində Kaxeti, İmereti və
Sameqrelo-Zemo Svaneti bölgələrində epidemioloji vəziyyət
ağırlaşıb:
“Bu regionlarda vaksinasiya səviyyəsi
aşağıdır. Acarıstan və Tbilisidə isə vəziyyət nisbətən
yaxşıdır”.
Baş epidemiloq beşinci dalğanın kifayət qədər ağır keçəcəyini
proqnozlaşdırır:
“Müvafiq qabaqlayıcı tədbirlər
görülməsə, noyabrda vəziyyət çox çətin olacaq. Hamını tövsiyələrə
əməl etməyə və peyvənd olunmağa çağırıram”.
Mənbə: repoert.az