Regionda sülhün bərqərar olması Azərbaycanla ortaq məqsədimizdir – Laşa Darsaliya
"Azərbaycan və Gürcüstan inkişaf yolunda hər zaman bir-birinə dəstək olub".

Bunu Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə ilə keçirilən marafonun mükafatkandırılma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qonşu Arərbaycanla dostluq münasibətləri əsrlərə söykənir:

"Əlaqələrimiz ildən-ilə inkişaf edir, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Gürcüstan və Azərbaycan hər zaman bir sıra sahələrdə birgə uğurlu əməkdaşlıq edib, nəqliyyat və energerika sahəsində önəmli layihələr həyata keçirib. On illərdir ki, Azərbaycan Gürcüstanın əsas ticari tərəfdaşdır. Ölkələrimiz arasında siyasi əməkdaşlıq da yüksək səviyyədədir".

XİN rəsmisi qeyd edib ki, rəsmi Bakı və Tbilisi arasında nümunəvi əlaqələr mövcuddur.

L.Darsaliyanın sözlərinə görə, regionda sabitlik və sülhün bərqərar olması Gürüstan və Azərbaycanın ortaq məqsədidir.

O, dost və qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google