ABŞ-ın müdafiə naziri Lloyd Austin Gürcüstana səfər edib.
Bu barədə o, tvitter hesabında yazıb.
“ABŞ Gürcüstana müdafiə qabiliyyətini artırmağa və
avroatlantik intqrasiyasına dəstək verməyə qərarlıdır. Burada
görüşlərimi səbirsizliklə gözləyirəm”, - o qeyd
edib.
L.Austin səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli
Qaribaşvili və müdafiə naziri Cuanşer Burçuladze ilə görüşəcək.
Tərəflər ABŞ-Gürcüstan əməkdaşlığı, qlobal təhlükəsizlik və
regional məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, Pentaqon rəhbəri Gürcüstandan sonra Ukraynaya səfərə
yollanacaq.
Mənbə: report.az