ABŞ Saakaşvili ilə bağlı vəziyyəti müşahidə edir - Kelli Deqnan
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanın sözlərinə görə, Vaşinqton Saakaşvili ətrafında gedən prosesləri yaxından müşahidə edir.

“Bilirəm ki, bir çox gürcü Saakaşvili ilə bağlı vəziyyətə diqqət yetirir. Vaşinqton və ABŞ səfirliyi bu proseləri yaxından izləyir.

Düşünürəm ki, seçkilərin ikinci turuna və partiyalarla seçicilər arasındakı münasibətlərə diqqət yetirmək də vacibdir.

Partiyaların seçkilər ərəfəsində, proqramlarla tanış olmaq baxımından seçici münasibətlərinə diqqət yetirməsi üçün seçkinin sakit və yaxşı keçməsi vacibdir",
- deyə Killi Deqnan jurnalistlərə açıqlamasında bildirib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google