Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Baş naziri
Əli Əsədova Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü
münasibətilə təbrik məktubu ünvanlayıb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Məktubda İ.Qaribaşvili Gürcüstanın iki ölkə arasında əsrlər boyu
formalaşmış dostluq əlaqələrinə və strateji tərəfdaşlığa böyük
əhəmiyyət verdiyini bildirib.
Vurğulanıb ki, Gürcüstan hər iki ölkənin və regionun rifahı naminə
Azərbaycan ilə mövcud yüksək səviyyəli strateji tərəfdaşlığı və
dostluq münasibətlərini daha da dərinləşdirməyə və inkişaf
etdirməyə hazırdır.
Mənbə: report.az