“Gürcüstanda COVID-19 pasportu mütləq tətbiq
olunacaq”.
Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, sənədin qüvvəyə minəcəyi dəqiq tarix hələ
məlum deyil:
““Yaşıl pasport”la bağlı müxtəlif
yanaşmalar var. Gürcüstanın bu yanaşmalardan hansının üzərində
dayanacağı barədə qərarı Dövlət Qurumlarıarası Koordinasiya Şurası
qəbul edəcək”.
Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya öz növbəsində
bildirib ki, COVID-19 pasportunun tətbiqi məsələsi üzərində
mütəxəssislərlə birgə iş aparılır:
“Koordinasiya Şurasınin bugünkü iclasından sonra bütün
risklər nəzərə alınacaq və ictimaiyyət sənədin tətbiqi barədə
məlumatlandırılacaq”.
Qeyd edək ki, “yaşıl pasport” koronavirus əleyhinə vaksinasiyanı
təsdiqləyən sənəddir və insanların qapalı məkanlara daxil olması
üçün bir sıra ölkələrdə tələb edilir.