Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza
Vaşakmadze Azərbaycana səfərini müsbət qiymətləndirib.
Bu barədə o, Azərbaycan səfiri Faiq Quliyevlə keçirdiyi görüşdə
bildirib.
Z.Vaşakmadzenin sözlərinə görə, Azərbaycanda keçirdiyi çoxsaylı
görüşlər dini siyasət və vəziyyətlə yerində tanış olmaq baxımından
maraqlı təcrübə olub.
F.Quliyev öz növbəsində qeyd edib ki, Gürcüstan nümayəndə heyətinin
Azərbaycana səfəri iki qonşu və dost ölkə arasında strateji
əməkdaşlığın daha bir təsdiqidir.
Görüşdə Z.Vaşakmadzenin müavini Giorgi Ukleba, din xadimləri Dmitri
Kapanadze və Qaxdakı Müqəddəs Giorgi kiləsinin keşişi Petre ata,
səfirliyin I katibi Anar Rəsulov və III katib Ramel Lətifov da
iştirak edib.
Qeyd edək ki, Z.Vaşakmadzenin başçılıq etdiyi nümayəndə heyəti bu
ilin avqust ayının sonunda Azərbaycanda səfərdə olub. Heyət Qax
rayonuna da baş çəkib.
Mənbə: report.az