Gürcüstan Azərbaycan vətəndaşları üçün ölkəyə daxil olma qaydalarını asanlaşdırıb
Azərbaycanın peyvənd olunmamış vətəndaşları Gürcüstana yalnız mənfi PCR test nəticəsi ilə daxil ola bilər.

Oktyabrın 19-dan etibarən Gürcüstan bir sıra dövlətlər üçün ölkəyə giriş qaydalarını sadələşdirib.

Yeni qərara əsasən, Azərbaycanla yanaşı, Ukrayna, Qazaxıstan, Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan vətəndaşları PCR test nəticəsi ilə Gürcüstana daxil ola bilər.

Mənfi PCR test nəticəsi səfərdən əvvəl 72 saat ərzində əldə edilməlidir. Gürcüstana səfərdən üç gün sonra peyvənd olunmamış turistlər yenidən PCR test verməlidir, əks halda onlar 600 dollardan çox məbləğdə cərimələnəcək.

Qeyd edək ki, indiyə qədər Gürcüstana səfər edən şəxslər həm vaksinasiyadan keçməli, həm də mənfi PCR test nəticəsinə malik olmalı idilər.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია