Saakaşvili Gürcüstana necə daxil olub və həbs olunmazdan əvvəl harda olub| Prokurorluğun versiyası
Üçüncü prezident Mixeil Saakaşvili Gürcüstana necə daxil olub və həbs olunmazdan əvvəl hara gedib? - Prokurorluq məsələ ilə bağlı xüsusi brifinq keçirib.

Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilib ki, sentyabrın 28-də saat təxminən 23:00-da Poti limanına Ukraynanın Çernomorsk limanından “Vilnius” adlı gəmi daxil olub.

Sentyabrın 29-da saat 01:04-də gəmidən “IKA TRANS Ltd.” şirkətinə məxsus süd məhsulları ilə yüklənmiş qoşqulu SCANIA firmasına məxsus yük maşını çıxıb. Avtomobil əvvəlcə körpüdə dayanıb, qeydiyyatdan öncə gözləmə zonasında olub və buradan 01:44-də çıxışa yollanıb. Bir qədər hərəkət etdikən sonra saat 01:47-də Poti limanı ərazisində yük maşını saxlanılıb və sürücü maşının arxa qapısına istiqamətlənib, oradan saat 01:49-da Mixeil Saakaşvili yük maşınının kabinəsinə sağ tərəfdən daxil olub.

Süd məhsullarının yerləşdirildiyi yuxarıda göstərilən traylerdə Mixeil Saakaşvilinin olması telefonundan götürülmüş video qeydlər və video müayinə ilə təsdiqlənib.


Bununla M.Saakaşvili dövlət nəzarətindən yan keçməklə qanunsuz olaraq sürücünün köməyi ilə dövlət sərhədini keçib.

Qeyd olunan tarixdə saat 02:00-da Mixeil Saakaşvili onun qarşılayan “Mercedes” markalı avtomobilə minib və öncə Abaşa rayonunun Tkviri kəndinə, daha sonra isə mikroavtobusla Lançxuti-Poti-Ozurqeti-Kobuleti yolu ilə Batumiyə yola düşüb.

Mixeil Saakaşvili avtomobil ilə mənzilə gələrək burada qalıb.

Hüquq mühafizəçiləri Mixeil Saakaşvilini oktyabrın 1-də Tbilisidə həbs ediblər.

Cinayət işi üzrə istintaq və prosessual hərəkətlər aparılıb. Mixail Saakaşvilinin Gürcüstana giriş və hərəkətinin dəqiq marşrutu müəyyən edilib, 112 müşahidə kamerasının yüzlərlə video qeydləri, həmçinin özəl şirkətlərin müşahidə kameralarına baxılıb. İşlə əlaqəli 69 şəxs sorğu-suala tutulub, həmin şəxslərin cib telefonları yoxlanılıb.

Gürcüstan Baş Prokurorluğunun Beynəlxalq Əlaqələr Şöbəsi vasitəsi ilə hüquqi yardım üçün Ukrayna Respublikasının səlahiyyətli orqanlarına müraciətlər göndərilib;

Təqsirləndirilən şəxslərin evlərində axtarışlar aparılıb və işlə əlaqəli sübutlar götürülüb.

Mənbə: Publika
Print