Aİ səfiri: "Şərq Tərəfdaşlığı zirvə görüşü yaxın illər üçün prioritetləri müəyyən edəcək"
"Dekabr ayında keçiriləcək Şərq Tərəfdaşlığı zirvə görüşü Aİ ilə tərəfdaş ölkələr arasında əməkdaşlığın yaxın illər üçün prioritetlərini müəyyən edəcək".

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko jurnalistlərə bildirib.

Səfirin sözlərinə görə, yüksək səviyyəli görüş çərçivəsində ətraf mühit, yaşıl infrastruktur, rəqəmsal transformasiya, dayanıqlı iqtisadiyyat və s. sahələr üzrə gələcək əməkdaşlığın prioritetləri müəyyən ediləcək.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramına 2009-cu ildə start verilib. Onun əsas məqsədi 6 ölkə - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığı inkişaf etdirməkdir.

Mənbə: report.az
Print