Marneulinin kəndlərində elektrik enerjisinin verilməsi dayandırılacaq
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 22 oktyabr tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.

Şirkətdən verilən məlumata görə, bu gün saat 12:00-dan 18:00-a kimi Marneuli bələdiyyəsinin Şaumiyani, Qaçağan, Ağməmmədli, Qasımlı, Təkəli, Aşağı Saral, İmir, Araflı, Kirəç-Muğanlı, Daştəpə, Ulaşlı, Şulaveri,Qırmızı kənd, Xixani və ətraf kəndlərdə elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.

Mənbə: tv4.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია