Marneuli meriyası Baytallıda içməli su şəbəkəsini 383 680 lariyə çəkməyi planlaşdırır
Marneuli yerli özünüidarəsi Baytallı kəndinə su şəbəkəsi çəkməyi planlaşdırır.

Marneuli meriyası Baytallıda daxili su şəbəkəsinin quraşdırılması işlərinin smeta sənədləri üçün 383 680 lari dəyərində tender elan edib.

“Qeyd olunan layihə Baytallı kənd ərazisindəki quyunun ətrafında xlor və sanitar zonası qurmağı nəzərdə tutur. Quyuya avtomatik idarəetmə bloku ilə nasos quraşdırılacaq. Həmin nasos vasitəsilə quyunun ətrafındakı su təzyiqi qülləsinə su ötürüləcək. Oradan isə su kəndin paylayıcı şəbəkəsinə veriləcək. Layihə ilə kənddə polietilen borular vasitəsilə yeni paylayıcı şəbəkənin quraşdırılması nəzərdə tutulub”,  –
smeta sənədlərində qeyd olunub.

Baytallıya içməli su şəbəkəsini çəkmək üçün elan edilmiş tenderdə qalib gələcək şirkət müqavilə bağladıqdan 150 gün ərzində öhdəliyini yerinə yetirməlidir.

Tenderdə iştirak etmək istəyən şirkətlər 4 noyabrdan 9 noyabr tarixində qədər təkliflərini təqdim edə bilərlər.

"Marneuli" Radiosu
Print