Qardabani Gənclər Mərkəzi tərəfindən 44 günlük “Vətən Müharibəsi”
və “Zəfər Günü” münasibəti ilə müsabiqə keçiriləcək. Müsabiqənin
məqsədi Azərbaycan Respublikasında 44 gün ərzində davam edən “Vətən
Müharibəsini” yaşlı və gənc nəslə çatdırmaq və insanları
məlumatlandırmaqdır.
Müsabiqə əsasən 16-25 yaşlarında olan şəxslər üçün nəzərdə tutulub.
Müsabiqə 5 istiqamətdə baş tutacaq, videoçarx müsabiqəsi,
karikatura və rəsm müsabiqəsi, esse müsabiqəsi, fleş-mob və gənc
jurnalistlər üçün yazı müsabiqəsi.
Yekunda müsabiqədə 2-ci və 3-cü yerin qaliblərinə müxtəlif
hədiyyələr, planşet, mobil telefon və s. təqdim olunacaq.
Müsabiqədə qalib olmuş şəxslərin əl işləri isə Azərbaycanda
fəaliyyət göstərən “Gənclərin Töhfəsi” İctimai Birliyinin
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Zəfərə doğru addımla” adlı
layihəsi çərçivəsində karikatura və rəsm albomları şəklində nəşr
olunub paylanılması, esselər və jurnalistlərin yazıları kitab
şəklində nəşr olunması, ən yaxşı fleş-mob, video-çarx ideyasının
yayımlanması planlaşdırılır.
Müsabiqə Azərbaycan, Gürcüstan və Türkiyənin 6 bölgəsində təqdim
olunacaq.
Mükafatlar
- 1-ci yerlər – planşet (5 ədəd hər müsabiqə üzrə) - 442
USD
- 2-ci yerlər – mobil telefon ( 5 ədəd hər müsabiqə üzrə)
- 277 USD
- 3-ci yerlər – mobil telefon ( 5 ədəd hər müsabiqə üzrə)
- 242 USD
- Digər bütün iştirakçılar üçün xatirə
hədiyyələri.