Azərbaycan Səfirliyi Gürcüstanda fəaliyyət göstərən icma mərkəzlərinə bədii kitablar hədiyyə edib
Bu gün, 22 oktyabr tarixində Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstanda fəaliyyət göstərən 8 icma mərkəzinə, o cümlədən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə Azərbaycan dilində bədii kitablar hədiyyə edilib. Kitabların təqdimatı Marneulidə, “Ata Holding” idman kompleksində baş tutdu. Təqdimat mərasimində Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin birinci katibi Anar Rəsulov, icma mərkəzlərinin təsisçiləri və fəal gənclər iştirak edirdilər.

Kitabların təqdimat mərasimində iştirak edən Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyiinin birinci katibi Anar Rəsulov bildirdi ki, səfirliyin dəstəyi ilə icma mərkəzlərinə 1 430 kitab təqdim olunub və bundan sonra da bu cür dəstək göstərməyə davam edəcəklər.



Yeni Düşüncə İnstitutunun həmtəsisçisi Kamran Əfəndiyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, kənd məktəblərində azərbaycan dilində bədii kitablar yetərsizdir. Onun sözlərinə görə, səfirliyin təqdim etdiyi kitablardan bir çox gənclər yararlanacaq.



İcma mərkəzlərinin rəhbərləri təqdim olunan kitablara görə səfirliyə öz təşəkkürlərini bildirdilər. Mərkəz rəhbərləri bildirilər ki, onların həyata keçirdiyi “Oxu Klubu” layihəsi çərçivəsində, gənclər səfirliyin hədiyyə etdiyi kitablardan istifadə edə biləcəklər.



Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən 8 icma mərkəzinə, o cümlədən inteqrasiya mərkəzinin hər birinə 90 kitab hədiyyə edilib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია