"Mən Çinin baş naziri ola bilməyəcəyim kimi, Melia da Tbilisinin
meri ola bilməz". Bu sözləri baş nazir İrakli Qaribaşvili dedi.
Onun sözlərinə görə, Melia Tbilisinin meri ola bilməyəcəyini yaxşı
bilir.
"Mən Çinin baş naziri ola bilməyəcəyim kimi, Melia da Tbilisinin
meri ola bilməyəcək, mən cənab Meliaya demək istəyirəm ki, yalandan
əl çəksin. Nika Melianın özü da bilir ki, o, Tbilisinin meri ola
bilməyəcək, çünki o, cinayətkardır və ölkəmizi yenidən məhv etməyə
layiq deyil”, - deyə İrakli Qaribaşvili bildirib.