“Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin
saxlanılması ağıllı siyasi addım deyil”.
Bunu “Atlantik Şurası”nın böyük elmi işçisi, ABŞ-ın Azərbaycandakı
sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza Gürcüstanın
“Interpressnews” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, dünyada istənilən siyasi lider hərəkətlərinə
görə cavabdehlik daşıyır:
“Saakaşvili bilirdi ki,
qərarı çox risklidir. Həbs olunacağını bilsə də, o, Gürcüstana
qayıtmasını düzgün qərar hesab edib”.
M.Brayza vurğulayıb ki, müxalifət liderinin və eyni zamanda,
ölkənin keçmiş prezidentinin həbs olunması problem yaradır və dünya
tərəfindən siyasi motivli həbs kimi qəbul edilir:
“Bu,
hökumətə bir sıra problemlər yaradır və ölkədə böhrana səbəb
olur”.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs olunub.
Rustavidəki 12 saylı həbsxanada saxlanılan siyasətçi özünü siyasi
məhbus adlandırır və azad edilməsini tələb edir. O, bu tələblə
artıq 22-ci gündür aclıq aksiyası keçirir.
Mənbə: report.az