Rustavidə 3.2 bal gücündə zəlzələ olub
Rustavi şəhərində 3.2 maqnitudalı zəlzələ baş verib. Bu barədə Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Mərkəzin ilkin məlumatına görə, zəzələ Tbilisi vaxtı ilə 25 oktyabr tarixində saat 01:52-də baş verib. Zəlzələnin episentiri Rustavi şəhəri yaxınlığında qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat verilməyib.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google