Maliyyə Nazirliyinin İstintaq Xidmətindən verilən məlumata görə,
kovid pasportların və koronavirus laboratoriya testinin mənfi
nəticələrini əks etdirən saxta sənədlərin hazırlanması və
istifadəsi faktları aşkar edilib.
Qurumdan verilən məlumata görə, 9 nəfərə qarşı ittiham irəli
sürülüb, onlardan biri həbs edilib.
Nazirlikdən verilən məlumata görə, saxlanılan şəxslər saxta
"COVID-19" pasportu və saxta "PCR" testinin nəticələrini
hazırlayaraq 70 avroya satıblar.
“Aparılmış istintaq hərəkətləri nəticəsində qeyd olunan saxta sənəd
və möhürlər, həmçinin, saxta pasportlar və onların hazırlanmasında
istifadə olunan kompüter avadanlığı götürülüb”, -
deyə qurumdan bildirilib.
İstintaq Xidmətinin məlumatına görə, həmçinin, İmereti bölgəsində
dövlət sərhədini keçərkən saxta koronavirus "PCR" laboratoriya test
kağızlarını alıb istifadə edən 8 nəfər müəyyən edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 3 ilə qədər həbsi
nəzərdə tutan 362-ci maddəsinin birinci hissəsi ilə istintaq
aparılır.