Çin bayraqlı gəmi saxlanılıb - DİN
Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Sahil Mühafizə İdarəsinin əməkdaşları Gürcüstanın ərazi sularında Çinin bayrağı altında üzən “HONG FA SHANG HAI” quru yük gəmisini sərhəd qaydalarını pozduğuna görə saxlayıb. Məlumatı qurumun mətbuat xidməti yayıb.

"Sərhəd Polisinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən Çin vətəndaşı olan kapitana qarşı gəmiçilik qaydalarını pozduğuna görə Gürcüstan Cinayət Məcəlləsinin 114-cü maddəsinin 1-ci hissəsinin “t” bəndinə əsasən iş açılıb.

Gəminin kapitanı 50.000 lari cərimə olunub. Cərimə ödənildikdən sonra gəmiyə sərbəst üzmək icazəsi verilib",
- deyə qurumdan məlumat verilib.


Mənbə: report.ge
Print