Gürcüstan cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan
idxal etdiyi benzin və dizel yanacağının həcmini artırıb.
Gürcüstan hesabat dövründə Azərbaycandan 168,5 min ton yanacaq
idxal edib.
Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz çoxdur.
Gürcüstan hesabat dövründə istehlak etdiyi yanacağın 41,2 faizini
Azərbaycandan alıb.
Azərbaycan bununla da Gürcüstanın əsas yanacaq təminatçısı
olub.
Mənbə: azertac.az