Gürcüstanda koronavirusa yoluxanların sayı yenə də artıb - STATİSTİKA
Gürcüstanda son sutkada daha 4 337 nəfərdə koronavirus aşkarlanıb,
42 pasiyent vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında
bildirilib.
Ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 703 281-ə, ölənlərin
sayı isə 9 873-ə yüksəlib.
Ötən 24 saat ərzində 3 137, ümumilikdə isə 642 701 nəfər müalicə
olunaraq sağalıb.