Kvemo Kartli Dövlət Qubernatoru Şota Rexviaşvili vəzifəsini tərk edir
TV4-ün məlumatına görə, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili vəzifəsini tərk edir. Məlumata görə, qubernator öz fəaliyyətini Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyi Aparatında davam etdirəcək.

TV4-ün bildirdiyinə görə, dövlət müvəkkili vəzifəsinə, güman ki, Şota Rexviaşvilinin müavini Qiorqi Doxturişvili təyin olunacaq.

Şota Rexviaşvili Kvemo Kartli qubernatoru vəzifəsinə 2018-ci ildə təyin olunub.

Mənbə: tv4.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google