TV4-ün məlumatına görə, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili
vəzifəsini tərk edir.
Məlumata görə, qubernator öz fəaliyyətini Barışıq və Vətəndaş
Bərabərliyi üzrə Dövlət Nazirliyi Aparatında davam etdirəcək.
TV4-ün bildirdiyinə görə, dövlət müvəkkili vəzifəsinə, güman ki,
Şota Rexviaşvilinin müavini Qiorqi Doxturişvili təyin olunacaq.
Şota Rexviaşvili Kvemo Kartli qubernatoru vəzifəsinə 2018-ci ildə
təyin olunub.
Mənbə: tv4.ge