Mükafatlandırma proqramının tətbiqindən sonra yaşı 60-dan yuxarı olan 51 757 vətəndaş peyvənd olunub - Qamkrelidze
Dövlətin mükafatlandırma proqramının tətbiqindən sonra 60 yaşdan yuxarı 51 757 vətəndaş koronavirus qarşı peyvənd olunub. Bu barədə İnterpressNews-a Amiran Qamkrelidze məlumat verib.

“Mükafatlandırıcı tədbirlər tətbiq olunduqdan sonra 60 yaşdan yuxarı peyvənd olunan vətəndaşların sayı xeyli artıb. 20-21 gün ərzində 51 757 nəfər peyvənd olunub. Bu kateqoriyanın gündəlik orta göstəricisi 2465-dir. Bu, noyabr ayının orta göstəricisini üstələməklə yanaşı, oktyabr ayının orta göstəricisini də 5-6 dəfə üstələmişdir, həmçinin sentyabr ayının orta göstəricisindən yüksəkdir, yalnız avqustun orta göstəricisindən geri qalır. Bildiyiniz kimi, biz avqust ayında ən çox peyvənd etdik. İnanırıq ki, bu təşəbbüs işləyir. Dünən 13603 peyvənd olundu ki, buradan da 70%-i birinci doza ilə peyvənd olunub. İlk doza ilə daha çox insanın peyvənd olunması çox yaxşıdır. Bu ilk peyvəndlərdə 52%-i 60 yaşdan yuxarı vətəndaşlar olub. Dekabrda daha çox insanın peyvənd olunmasını istəyirik”, - deyə Qamkrelidze bildirib.

Hökumətin qərarına əsasən, yaşı 60-dan yuxarı olan vətəndaşlar peyvənd olunduğu halda 200 lari birdəfəlik ödəniş alacaqlar. Noyabrın 8-dən başlayan kampaniya dekabrın 31-dək davam edir.

Mənbə: Publika
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია