“Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Avropa
Komissiyasının prezidenti ilə keçirdiyi görüşdə Cənubi Qafqaz
bölgəsindəki vəziyyət müzakirə olunub”.
Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David
Zalkaliani deyib.
Onun sözlərinə görə, görüşdə Gürcüstanın Azərbaycanla Ermənistan
arasında vasitəçilik rolu müsbət qiymətləndirilib:
“Avropa İttifaqı Gürcüstanın Dinc Qonşuluq Təşəbbüsünə
çox güclü dəstək göstərir”.
XİN başçısı vurğulayıb ki, görüşdə Gürcüstanın “Şərq Tərəfdaşlığı”
sammitindən gözləntiləri də diqqətə çatdırılıb.
Qeyd edək ki, bu gün Gürcüstan, Ukrayna və Moldovanın Baş nazirləri
- İrakli Qaribaşvili Denis Şmiqal və Natalia Qavrilitanın Brüsseldə
üçtərəfli görüşü olub. Hökumət başçıları Aİ Şurasının Prezidenti
Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və
Avropa parlamentinin prezidenti David Sassoli ilə də görüş
keçiriblər.
Mənbə: report.az