Qardabani rayonun ərazisi Tbilisinin hesabına böyüyəcək
Gürcüstanın paytaxtı Tbilisinin inzibati sərhədlərinə dəyişiklik ediləcək.

Bu barədə ölkənin regional inkişaf və infrastruktur nazirinin müavini Mziya Giorqobiani parlamentin plenar iclasında çıxışında deyib.

Onun sözlərinə görə, şəhərin Krtsanisi rayonunun təxminən 270 hektarlıq sahəsi Qardabani bələdiyyəsinin inzibati sərhədlərinə daxil ediləcək.

Nazir müavini qeyd edib ki, bu məsələ investisiya layihəsinin reallaşdırılması və bələdiyyənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Qardabani rayonu Tbilisinin 30 kilometrliyində yerləşir, əhalisinin 80 %-dən çoxunu azərbaycanlılar təşkil edir.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google