Tsakada siyasi partiyanın təraftarları arasında qarşıdurma baş verib
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının üzvü Tsalka bələdiyyəsində müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarının fiziki zorakılığına məruz qalıb.

Bu barədə hakim partiyanın yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, qarşıdurma siyasi motivlər əsasında noyabrın 29-da rayonun Ərcivan-Sarvan kəndində baş verib. İnsident zamanı həmin kənddə yaşayan VMHP tərəfdarı Vasif İbrahimov “Gürcü Arzusu”nun üzvü və Tsalka merinin Tecis kəndi üzrə nümayəndəsi Nüsrət Heydərovu təhqir edib, daha sonra fiziki təzyiq göstərib.

Qeyd olunub ki, qarşıdurma zamanı V.İbrahimov N.Heydərovla “Gürcü Arzusu”ndakı fəaliyyətinə görə mübahisə edib. Mübahisə daha sonra davaya keçib. V.İbrahimov N.Heydərovun üzünə yumruqla vurub, nəticədə onun burun və göz nahiyəsində xəsarətlər əmələ gəlib.

Hakim partiya hadisənin şahidlərinin olduğunu bildirib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია