Gürcüstanda son sutka ərzində koronavirusa 4 459 yeni yoluxma faktı
qeydə alınıb, 3 957 nəfər müalicə olunaraq sağalıb, 65 pasiyent
vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzindən bildirilib.
Hazırkı dövrə qədər Gürcüstanda COVID-19 infeksiyası 850 102
nəfərdə aşkarlanıb. Onların 792 158-i sağalıb, 12 119-u isə
ölüb.
Stopcov.ge-də dərc olunan məlumata görə, sutka ərzində 51 321 test
aparılıb. Aparılmış testin 32 187-i sürətli antigendir, 19 134-ü
isə PCR-dir.
Öklə üzrə yoluxma hansı bölgədə qeydə alınıb:
- Tbilisi - 1 740
- Acarıstan - 186
- İmereti - 843
- Kvemo Kartli - 257
- Şida Kartli - 349
- Quriya - 136
- Sameqrelo - Zemo Svaneti - 358
- Kaxeti - 260
- Mtsxeta- Mtianeti - 128
- Samtsxe-Cavaxeti - 171
- Raça-Leçxumi - Kvemo Svaneti - 31.