Tbilisidə 90 uşaq koronadan xəstəxanaya yerləşdirildi
Gürcüstanda uşaqlar arasında da koronavirusa yoluxma halları artır.
Təkcə Tbilisinin Çiçiaşvili adına uşaq xəstəxanasında 90 azyaşlı
müalicə alır.
Klinikadan verilən məlumata görə, onların 13-nün vəziyyəti
ağırdır.
“Koronavirusa yoluxanların sayı hələ də yüksəkdir.
Hazırda klinikamızda 90 xəstə uşaq müalicə alır. Onlardan 13-nün
vəziyyəti ağırdır. İkisinin vəziyyəti nisbətən ağırdır, hər ikisi
süni tənəffüs aparatına qoşulub. Onlardan biri
ayyarımlıqdır”, - klinikanın meneceri Salome
Qambaşidze deyib.
Epidemioloqların hesablamalarına görə, ölkədə hazırda koronavirusa
yoluxanların 15%-ni uşaqlar təşkil edir. Ötən illə müqayisədə
uşaqlar arasında koronavirusa yoluxma faizi iki dəfədən çox
artıb.
Qeyd edək ki, uşaqlar arasında koronavirusa yoluxma hallarının
artması və ağırlaşmalar ciddi narahatlıq yaradır.