Baş katib: “NATO Gürcüstan və Ukraynaya dəstəyini davam etdirməyə hazırdır”
“Gürcüstan və Ukrayna NATO-nun ən yaxın tərəfdaşlarındandır və biz onlara siyasi və praktiki dəstəyimizi davam etdirməyə hazırıq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin XİN başçılarının Riqada keçirilən toplantısının açılışında deyib.

O, iclasda iştirak edən Gürcüstan və Ukraynanın xarici işlər nazirləri David Zalkaliani və Dmitri Kulebanı salamlayıb: “Brüsseldəki iyun sammitində alyansın liderləri Gürcüstan və Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qətiyyətli dəstək ifadə ediblər. Hər iki ölkə NATO-nun əməliyyat və missiyalarında iştirak edir və Alyansa qoşulmağa can atır”.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google