Pensiya artır - İrakli Qaribaşvili

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sözlərinə görə, gələn ildən pensiyanın məbləği artacaq.



“2022-ci ilin yanvarından 70 yaşadək şəxslər üçün pensiya 260 lari, 70 və yuxarı yaşda olan şəxslər üçün isə 300 lari müəyyən edilib. Yüksək dağlıq yaşayış məntəqələrində pensiyanın məbləği 70 yaşa qədər şəxslər üçün 312 lari, 70 və yuxarı yaşda olanlar üçün isə 360 lari olacaq”, - deyə İrakli Qaribaşvili bildirib.

Eyni zamanda, baş nazirin sözlərinə görə, müharibədə iştirak edən veteranların 22 və 44 lari olan aylıq yardımları 100 lariyə yüksələcək.

Mənbə: report.ge

 

Print