Hökumət bu həftə onlayn kazinolar haqqında qanun layihəsi təqdim edəcək
“Müvafiq dəyişiklikləri tez bir zamanda həyata keçirmək üçün bu həftə onlayn kazinolar haqqında qanun layihəsinə start veriləcək”, - Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasında bildirib.

Hökumət başçısı bildirib ki, maliyyə naziri artıq parlamentlə məsləhətləşib.

"Onlayn kazinolarla bağlı cənab Laşa Xutsişvili parlamentlə danışdı, biz məsləhətləşmələr apardıq və bu həftə müvafiq dəyişikliklərin tez bir zamanda həyata keçirilməsi üçün qanun layihəsi hazırlanacaq", - deyə baş nazir bildirib.

Mənbə: report.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google