Bu gün, 6 dekabr tarixində, Marneulinin yeganə işıqforu bütün gün
ərzində söndürülüb.
İşıqforun sıradan çıxma səbəbləri hələ ki, məlum deyil.
Meriyadan “Marneuli” radiosuna bildirdilər ki, işıqforun sıradan
çıxması ilə bağlı məlumatları var. Onlar bildirdilər ki, xüsusi
qrup artıq hadisə yerindədir və işıqforun işləməməsinin səbəbini
müəyyən edəcəklər. Güman ki, işıqfor sabaha qədər təmir
olunacaq.
Marneulidə, Rustaveli küçəsində yeni işıqforlar ötən il düzəldilib.
Marneuli meriyası 17 avqust tarixində, Marneuli şəhəri, Rustaveli
və Ağmaşenebeli küçələrinin kəsişməsində yerləşən, yol hərəkətini
tənzimləyən işıqforun qurulması/bərpa işləri üçün 57 745 lari
dəyərində tender elan etmişdi. Tenderdə yeganə şirkət
“Qzacvaredini” MMC iştirak edib və meriya onunla müqavilə
bağlayıb.