Qaya uçqunu Svanetiyə gedən yeganə yolu bağlayıb
Zuqdidi-Mestia yolunun hissələrinin birində, Barcaş kəndi yaxınlığında qaya uçaraq Zemo Svanetiyə gedən yeganə yolu bağlayıb.

Yol Departamentindən Netgazeti-yə verilən məlumata görə, hadisə yerinə iri qaya qalıqları düşüb, onlar ağır texnika ilə təmizlənir, lakin işlərin davam etdirilməsi üçün qazma və partlayış işlərinə ehtiyac var.

Vertolyotlar və təyyarələrdən başqa, ilin bu vaxtında Yuxarı Svanetiyə çatmağın yeganə yolu Zuqdidi-Mestia yoludur.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google