Saakaşvilinin zədələməkdə ittiham olunduğu bahalı avadanlığın qiymətinin 150 laridən az olduğu məlum olub

“Mixeil Saakaşvili 18 saylı müəssisəyə yeni köçürülən zaman o, əməkdaşlarımızı təhqir edib və fiziki zorakılıq tətbiq edib,

bahalı tibbi avadanlıqları zədələyib. Biz bununla bağlı müvafiq tədbirlər görəcəyik”, – noyabrın 8-də Gürcüstanın Ədliyyə naziri Rati Breqadze “İmedi” telekanalına bildirmişdi.

Dünən Penitensiar Xidmət bəyanat yayıb və qurum Saakaşviliyə qarşı intizam işinin niyə aparıldığını açıqlayıb:

“Məhkumun zədələdiyi əşyanın dəyəri 150 laridən az olub. Məhbusluq haqqında Məcəllənin 80-ci maddəsi ilə iş törədildiyi göz qabağında olub”, – deyə yeni məlumatda bildirilir.

Ədliyyə Nazirliyinin daha əvvəl yaydığı kadrlarda Mixeil Saakaşvilinin palatada ürək döyüntüsünü ölçən monitoru vurub yerə saldığı görünür.
Maraqlıdır ki, qurumdan verilən məlumata görə, Ədliyyə nazirinin bahalı tibbi avadanlıq adlandırdığı monitorun dəyərini müəyyən etmək üçün ekspertiza həyata keçirilib.

Mənbə: Publika

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google