Bolnisidə qanunsuz ov faktı aşkarlanıb
Ekoloji Nəzarət Departamentinin əməkdaşları Bolnisidə qanunsuz ov faktını aşkar ediblər.

Qurumun məlumatına görə, Bolnisi bələdiyyəsində vətəndaş dövlət qeydiyyatı olmayan ov tüfəngi və əl ov aləti ilə qanunsuz ov edib.

“Qanunsuzluq törədən şəxslə bağlı müvafiq sənədlər hazırlanıb. Ov tüfəngi və əl işıqlandırma cihazı möhürlənib.

“Ekoloji Nəzarət Departamenti vətəndaşlardan hər hansı qanun pozuntusu aşkar edildikdə Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə - 153 nömrəsinə (indekssiz, zəng pulsuzdur, anonimlik qorunur) müraciət etmələrini xahiş edir ki, idarənin müvafiq rayon şöbəsi dərhal müraciətə qarşılıq verə bilsin."


Mənbə: tv4.ge
Print