Gürcüstan Daxili İşlər Nazirliyinin Özurqeti rayon şöbəsinin
əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində
əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Q.L.-nı. quldurluq
etmək ittihamı ilə saxlayıblar.
“İstintaq müəyyən edib ki, Q.L. Ozurqeti şəhərinin
Kostava küçəsində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsində
operatora hücum edərək 550 lari məbləğində pulu tapança ilə
hədələyərək alıb və hadisə yerindən qaçıb”, - Daxili
İşlər Nazirliyinin bəyanatında deyilir.
Onların sözlərinə görə, polis əməliyyat-axtarış tədbirləri
nəticəsində hadisədən bir neçə gün sonra təqsirləndirilən şəxsi
saxlayıb.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə
istintaq aparılır. Törədilən cinayətə görə beş ildən yeddi ilədək
həbs cəzası nəzərdə tutulur.