Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş
Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan
gedən
"DAF" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual
olunub.
Komitənin yaydığı məlumata görə, sorğu-sual zamanı sürücü idarə
etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və
bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də,
üzərində olan gödəkçənin cibindəki sellofan torbadan qablaşdırması
ilə birgə ümumi çəkisi 36 qram olan narkotik vasitə - marixuana
aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az