Ölkədə koronavirusun yeni ştamı – omikron yayılıb. Gürcüstanın bir
neçə regionunda artıq omikron qeydə alınıb.
Marneuli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Eter Laperadzenin
açıqlamasına görə, omikronla adi qripin fərqi laboratoriya
baxımından müəyyən edilir. Araşdırmalara görə, bələdiyyədə omrikon
aşkarlanmayıb.
“Omikronu adi qripdən fərqləndirmək mümkün deyil, çünki
bu yalnız laboratoriya şəraitində müəyyən edilir. Şübhəli nümunələr
laboratoriyaya göndərilir və orada fərqləndirirlər ki, hansı
omikron, hansı delta ştamıdır. Marneulidə şübhəli nümunələrlə bağlı
araşdırma aparıldı, ancaq hələ ki, omikrona yoluxma qeydə
alınmayıb”, – Laperadze bildirdi.
İctimai Səhiyyə Mərkəzi rəhbərinin sözlərinə görə, Marneulidə
koronavirus halları azalıb və gün ərzində 4-5 yoluxma qeydə
alınır.