Laqodexidə yerli sakinlər əri tərəfindən keçmiş arvadının öldürülməsinin təfərrüatlarından danışıblar
Qonşulardan birinin sözlərinə görə, qətlə görə tutulan şəxs keçmiş həyat yoldaşını hədələyirmiş.

Lakin onun sözlərinə görə, qətl günü heç kim heç nə eşitməyib və ölən qadını qardaşı tapıb.

"Düşünürəm ki, ölən şəxs xəstəxanaya aparılıb, dəqiq məlumatımız yoxdur. O, hədələyirdi. Bu oğlan da narkotika aludəçisi idi və bir az nalayiq davranışları var idi. Bu qızdan əl çəkmirdi, sinif yoldaşları idilər və bir-birlərini sevirdilər, amma sonra oğlan çox qarışdırdı və son bir ildir ayrılmışdılar. Mərhum 3 övladı ilə Laqodexidə kirayədə tək yaşayırdı və orada işlə məşğul olurdu. Əvvəllər bu oğlanın yaxınlaşmama haqqında iltizamı var idi, çünki kiçik oğlunu bağdan çıxarıb Tbilsiiyə aparmışdı. Onların alimentlə bağlı da iddiaları olub. Bir-birləri ilə razılaşıblar, nəhayət, bu oğlan gəlib-getməyə başladı və uşaqları da gətirdi, hələ də sivil insanlar kimi görüşürdülər. Qətl günü bura iki dəfə gəlmişdi və bu, çox qeyri-adekvat idi, ona görə də qızın anası şübhələnir və qaz məsələsi ola bilməyəcəyini deyir. Qazla boğulmuş ola bilməzdi, birincisi pəncərələrdən biri açıq idi, həmçinin qaz sobasının yanında tutuquşu qəfəsi də asılmışdı və tutuquşular sağ idi. Meyit müayinə üçün aparılıb, daha sonra gətirilib və şübhəli halların müəyyən edilməsi üçün yenidən aparılıb. Hələ heç nə bilmirik. Həmin gün heç kim heç nə eşitmədi. Qardaşı meyiti əynində pencək və çəkmə ilə çarpayıda uzanmış vəziyyətdə tapıb”, – deyə qonşusu bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google