Danisparaulidə qarın hündürlüyü 2 metrə çatıb [Foto]
Acarıstan dağlarına gün ərzində intensiv qar yağıb. Bəzi yerlərdə qar örtüyü 2 metrə çatıb.

Güclü qar yağdığından dağ kəndlərinə gedən yollar bağlanıb.

Batumi-Axaltsixe yoluna gəlincə, Batumidən Xuloya [daha doğrusu, Didçari kəndi yaxınlığında - Paksadze körpüsünə qədər], Gürcüstan Yollar Departamentinin bildirdiyinə görə, istənilən növ nəqliyyat vasitəsi hərəkət edə bilər;

Eyni yolun 86-106-cı kilometrliyi [Paksadze körpüsü-Qoderdzi kurortu] hissəsində yalnız yüksək keçmıə qabiliyyəti olan nəqliyyat vasitələrinin hərəkəti tövsiyə olunur.

Danisparauli kəndi də bu hissədə yerləşir.

Bu fotolar Xulonun Danişparauli kəndində çəkilib





Sinoptiklərin məlumatına görə, qar yanvarın 18-dək Acarıstanın yüksək dağlıq ərazilərində davam edəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google