Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən AzadlıqRadiosuna
verilən məlumata görə,
Tbilisinin Poniçala qəsəbəsində polis əməkdaşının döyülməsi ilə
bağlı 3 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı
Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma - 120-ci
maddəsi ilə araşdırma aparılır.
Məlumata görə, hadisə yanvarın 17-də mağazaların birində baş verib.
Polis mülki geyimdə olub.
Mənbə: radiotavisupleba.ge