Azərbaycan ötən il Gürcüstanın elektrik enerjisi tələbatının 30%-ni təmin edib
Ötən il Gürcüstan Azərbaycandan 600,1 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib.

Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, 2020-ci illə müqayisədə həcmdə 17,3 % azalma qeydə alınıb.

Hesabat ilində Gürcüstan ümumilikdə 2006,2 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib ki, bunun da 30 %-ni Azərbaycan təmin edib.

2021-ci ildə Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü Rusiya (1244,9 milyon kilovatt/saat) olub. Gürcüstanın Türkiyədən aldığı elektrik enerjisinin həcmi isə 161,2 milyon kilovatt/saata bərabər olub.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google