Azərbaycan Gürcüstan üzərindən Türkiyəyə tranzit etdiyi elektrik enerjisinin həcmini 7 dəfə artırıb
Ötən il Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə 720,6 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit olunub.

Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə həcm 7 dəfə artıb.

2021-ci ildə tranzit fevral, mart, aprel və may ayları istisna olmaqla il boyu, 2020-ci ildə isə yalnız yanvar, fevral, iyun və iyul aylarında həyata keçirilib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google