Ötən il Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə 720,6 milyon
kilovatt/saat həcmində elektrik enerjisi tranzit olunub.
Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya
operatoru”nun (ESCO) hesabatında bildirilib.
Sənədə əsasən, illik müqayisədə həcm 7 dəfə artıb.
2021-ci ildə tranzit fevral, mart, aprel və may ayları istisna
olmaqla il boyu, 2020-ci ildə isə yalnız yanvar, fevral, iyun və
iyul aylarında həyata keçirilib.
Mənbə: report.az